Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Katerinovka, Vladimirovka və Rusin Yarı yaşayış məntəqələrini ələ keçirib.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Mərkəz” qoşun qruplaşmasının bölmələrinin hücum əməliyyatları nəticəsində yaşayış məntəqələri nəzarətə götürülüb.
Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.
Daşqın HəsənovMissiya.Az