AZ

Xidmət nümayəndəsi: 20 ailə Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıb

Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu ailələr Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat şöbəsinin müdiri Nuranə Babayeva jurnalistlərə müsahibəsində deyib.

N.Babayeva qeyd edib ki, birinci yaşayış kompleksi 201 mənzildən ibarət olacaq: “Burada 2, 3, 4 otaqlı mənzillərin inşası nəzərdə tutulub. Təməli qoyulan 3 və 4-cü yaşayış komplekslərində çoxmənzilli binalar olacaq. Kəlbəcərdə inşa olunan 4-cü yaşayış kompleksinin şəhərdəki ən böyük məhəllələrdən biri olması nəzərdə tutulur”.

Seçilən
24
5
azerbaijan-news.az

9Mənbələr