AZ

Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında sülhə töhfə verəcək

Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələri gücləndirəcək və sülhə töhfə verəcək.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə mövcud xətlərin modernizasiya prosesinə davam edir:

“Türkiyə dəmiryollarına 64 milyardlıq investisiya qoyub. 2025-ci ildə Türkiyə dəmiryoluna 3 min kilometrlik yeni xətt əlavə edib. Dəmiryolu xəttimizin bütövlükdə uzunluğunu 14 min kilometrə çatdırıb”.

Seçilən
10
2
bakivaxti.az

3Mənbələr