AZ

Dünyanın ən yaşlı insanı 116 yaşını qeyd edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın ən yaşlı insanı statusunu daşıyan Ethel Caterham 116 yaşını qeyd edib. O, doğum gününü ailəsi və yaxınları ilə birgə keçirib.

Bu ilin aprel ayında braziliyalı rahibə İnah Canbarro Lukasın 116 yaşında vəfat etməsindən sonra İngiltərədəki qocalar evində yaşayan Ethel Caterham hələ də sağ olan ən yaşlı insan olub.

O, 21 avqust 1909-cu ildə İngiltərənin Hempşir şəhərində səkkiz uşaqlı bir ailənin ikinci övladı olaraq anadan olub. Caterham iki dünya müharibəsi görüb. 

E. Caterham yeniyetmə ikən Hindistanda dayə işləyib, sonra isə ordu polkovnik-leytenantı olan həyat yoldaşı ilə birlikdə Honq-Konq və Cəbəllütariqdə yaşayıb.

Qeyd edək ki, bu günə qədər yaşı dəqiqləşdirilə bilən ən yaşlı insan 122 il 164 gün yaşadıqdan sonra 1997-ci ildə vəfat edən fransız qadın Jeanne Louise Calment olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
6
banco.az

1Mənbələr