AZ

Məhkəmə sabiq baş nazirə qarşı ittihamları ləğv edib

Məhkəmə

Tayland məhkəməsi keçmiş baş nazir Taksin Şinavatraya qarşı monarxiyanı təhqir etmək ittihamını ləğv edib.

Reyting.az
bildirir ki, bu barədə məlumatı sabiq baş nazir təsdiqləyib.

2001-2006-cı illərdə baş nazir olmuş Şinavatra bundan əvvəl ona qarşı irəli sürülən ittihamları rədd etmişdi.
Xatırladaq ki, Tayland Cinayət Məcəlləsinin 112-ci maddəsi kral ailəsi üzvlərinin şərəf və ləyaqətini qoruyur və onu pozanlara 3 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

İttiham tərəfi iddia edib ki, Şinavatra 2015-ci ilin mayında Seulda monarxiyaya böhtan atıb. Daha sonra mediaya müsahibəsində o, Məxfi Şuranın üzvlərinin (Tayland kralının məsləhətçi orqanı) 22 may 2014-cü ildə hökumət çevrilişini dəstəklədiyini bildirib.

Məhkəmə sonda müəyyən edib ki, faktiki müsahibə təqdim ediləndən daha çox məlumatı ehtiva edir. Eyni zamanda, müttəhimin ifadələrində birbaşa kralın adı çəkilməyib.

Məhkəmə baş nazirin 500 000 baht (14 500 dollar) girov müqabilində azadlığa buraxılması tələbini təmin edib.

ELÇİN
Seçilən
21
1
reyting.az

2Mənbələr