AZ

Şimali Amerika ölkəsində bu saç düzümü qadağan edildi, səbəb isə... FOTO

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

El-Salvadorda məktəblilər arasında saç düzümü ilə bağlı qadağa tətbiq olunacaq.

Ölkə.Az xəbər verir ki, bu barədə Salvador Prezidenti Nayib Bukele qərar qəbul edib. 

Qərardan sonra El-Salvador Milli Təhsil Nazirliyi "Edqar" kimi tanınan saç düzümü ilə bağlı açıqlama yayıb. Bildirilib ki, şagirdlər dövlət məktəblərinə artıq daha düzgün saç düzümü ilə getməlidirlər.

Bu kontekstdə tələbələrdən təmiz forma geyinmələri, səliqəli saç kəsmələri və hörmətli davranışlar nümayiş etdirmələri istənilir. Qaydalara əməl etməyən rəhbərlərin intizam məsuliyyətinə cəlb ediləcəyi bildirilir.

Qeyd edək ki, oxşar saç düzümünə 1500-1700-cü illərdə Texas və Nyu Meksikoda qəbilə kişiləriüstünlük verilirdi.

Bu saç düzümü "qanqster mədəniyyəti" ilə əlaqələndirilir. Hazırda El-Salvadorda gənclər sözügedən saç düzümünə üstünlük verir.

Sözügedən mədəniyyətin deportasiya edilən cinayətkarlar vasitəsilə Salvadora ayaq açdığı təxmin edilir.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
olke.az

2Mənbələr