Peşmanlıq duyğusuna həddindən artıq fokuslanmaq xroniki kədər, günahkarlıq hissi və depressiyaya yol aça bilər.
Pravda.az bildirir ki, araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox peşmanlıq yaşayır.
Mütəxəssislər bildirirlər ki, peşmanlıq keçmişdə qalmış səhvləri təkrarlamamaq üçün faydalı ola bilər, lakin davamlı olaraq bu duyğuya qapılmaq insanın indiki həyatını mənfi təsir altına sala bilər.
Həkimlər peşmanlıqlarla mübarizə üçün özünü və başqalarını bağışlamağı, fərqli yollar sınamağı və gələcəkdə nədən daha çox peşman ola biləcəyini düşünərək addım atmağı tövsiyə edirlər.
Əminə Bayramova
Tarix: 22 Avqust 2025, 12:11