BAKI, 22 avqust. TELEQRAF
2025-2026-cı tədris ilindən bütün ümumi təhsil müəssisələrinin V-VI-cı siniflərində Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris ediləcək.
Teleqraf xəbər verir ki, bu,"Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə" elm və təhsil nazirinin əmrindəki tədris planlarına dair qeydlərdə öz əksini tapıb.
Qeyd edək ki, ötən tədris ilində bütün ümumi təhsil müəssisələrinin V siniflərində Azərbaycan tarixi fənni Azərbaycan dilində keçirilirdi. Növbəti tədris ilində isə bu yenilik bütün ölkə üzrə V və VI sinifləri əhatə edəcək.