AZ

İsgəndəriyyə sahilində qədim heykəllər tapıldı

İsgəndəriyyə

Misirin İsgəndəriyyə sahilləri yaxınlığında tədqiqatçılar dənizin dibində aşkar edilən qədim heykəlləri və digər artefaktları quruda üzə çıxarıblar. tagesschau.de xəbər verir ki, bu tapıntılar çiçəklənmiş Tonis-Heraklion şəhərinin tarixini və onun qəfil süqutunun səbəblərini daha yaxşı anlamağa imkan verir.Qədim abidələr üzrə Ali Şuranın rəhbəri Məhəmməd İsmayıl Xalidin sözlərinə görə, bu, 2001-ci ildən bəri ilk belə ekspedisiyadır. Dalğıclar batmış şəhərin ətrafını öyrənmək layihəsi çərçivəsində dörd artefakt aşkar edib üzə çıxarıblar.Tapıntılar arasında uzunluğu 2,17 metr olan, lakin başı və ayaqları olmayan qranit heykəl də var. Onun tam forması təxminən 5 metr hündürlüyündə ola bilərdi. Bundan başqa, arxeoloqlar qədim gəminin qalıqlarını da aşkar ediblər.Artefaktlar müxtəlif tarixi dövrlərə – İsgəndəriyyənin əsasının qoyulmasından sonrakı Ptolemeylər dövründən tutmuş Roma dövrünə qədər aiddir. Bu isə göstərir ki, region bir neçə əsr ərzində inkişaf edib və çiçəklənib.1990-cı illərdə kəşf olunan Tonis-Heraklion şəhərinin eramızdan əvvəl II əsrdə baş vermiş zəlzələ nəticəsində dağıldığı və sular altında qaldığı ehtimal olunur.

Diqqət Çəkənlər

ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində

Sumqayıtda qazilər arasında - Silahlı İnsident

Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi

Seçilən
55
ulusum.az

1Mənbələr