AZ

Məktəblərin yeni tədris ili üçün tədris planları təsdiqləndi

Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planları təsdiqlənib.

Publika.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Yeni tədris planına əsasən, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil müəssisələri üçün - ən azı 10 uşaq;

- uşaqların sayı 5-9 olduğu halda, məktəbəhazırlıq qrupları regional təhsil idarələrinin razılığı əsasında yaradılır;

- şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün - ən azı 15 uşaq.

Seçilən
56
16
publika.az

7Mənbələr