AZ

AZAL da dəyişiklik edildi

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZCON-un idarəetməsinə veirlmiş dövlət müəssisələrinin müşahidə şuralarının tərkiblərini təsdiq edib.

AZAL-dan Metbuat.az-a verilən məlumata görə, bu çərçivədə “Azərbaycan Hava Yolları” QSC-də yeni Müşahidə Şurası formalaşdırılıb.

Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir.

Şura üzvləri isə AZCON-un icraçı direktoru Şahin Tofiq oğlu Babayev, icraçı direktorun müavini Vüqar Yaşar oğlu Mirzəzadə və Baş Maliyyə İnzibatçısı Taylan Soysal oğlu Tekelidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
2
metbuat.az

10Mənbələr