AZ

AZAL-da dəyişiklik edildi

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZCON-un idarəetməsinə veirlmiş dövlət müəssisələrinin müşahidə şuralarının tərkiblərini təsdiq edib.AZAL-dan Metbuat.az-a verilən məlumata görə, bu çərçivədə “Azərbaycan Hava Yolları” QSC-də yeni Müşahidə Şurası formalaşdırılıb. Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir.

Şura üzvləri isə AZCON-un icraçı direktoru Şahin Tofiq oğlu Babayev, icraçı direktorun müavini Vüqar Yaşar oğlu Mirzəzadə və Baş Maliyyə İnzibatçısı Taylan Soysal oğlu Tekelidir.

Seçilən
35
2
metbuat.az

10Mənbələr