AZ

Paşinyan Ter-Petrosyanın tənqidlərinə cavab verib

 Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın tənqidlərinə cavab verib.

Ter-Petrosyan onu daxili siyasi vəziyyəti gərginləşdirməkdə və cəmiyyəti parçalamaqda ittiham etmişdi.

Sosial şəbəkələrdə yazan Paşinyan Ter-Petrosyanı “sakitləşməyə və ölkədə qurulmuş sakit həyatdan zövq almağa” çağırıb.

“1996-cı ildə seçkilərin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçdınız. İndi də getmək istədiyinizi başa düşürəm, amma qaçacaq yer yoxdur,” – baş nazir qeyd edib.

N.Təbrizli

Seçilən
34
anews.az

1Mənbələr