AZ

ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilir

BAKI, TurkicWorld

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.

Qeyd edilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, həmçinin təhlükəsizlik qaydaları və dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar çatdırılıb.

Məlumatda deyilir ki, hərbi vəzifəlilərin döyüş hazırlığının artırılması məqsədilə bilik və bacarıqlarının, eləcə də təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün toplanışda müxtəlif tapşırıqların icra edilməsi planlaşdırılıb.

Seçilən
38
14
turkic.world

10Mənbələr