AZ

Tramp Putinə vaxt qoydu

Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın iki həftə Ukraynadakı hərbi münaqişənin həllində irəliləyişin mümkün olub-olmadığını göstərəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ lideri amerikalı jurnalist Todd Starnesə müsahibəsi zamanı məlumat verib.

Tramp əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin qeyd etdiyimiz müddətdə müharibəni bitirməsə, Vaşinqton çox güman ki, taktikasını dəyişməli olacaq. 

Eyni zamanda, Tramp avqustun 18-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü də şərh edib:

"Ukrayna lideri çox yaxşı görünürdü və mübarizədə qətiyyət nümayiş etdirib. O, bütün gücü ilə vuruşur və bu, çətin müharibədir", - deyə ABŞ lideri bildirib.

Nurlana ƏhmədovaMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
missiya.az

2Mənbələr