AZ

Çilidə güclü zəlzələ baş verib

Cənubi Amerika ölkəsi Çilinin cənub bölgəsində 7,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra Çili Donanması tərəfindən sunami xəbərdarlığı edilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin Çili Antarktika Yarımadası sahillərində yerləşən Dreyk Boğazı olduğunu açıqlayıb.

Təxminən 10,8 kilometr dərinlikdə baş verən zəlzələ Argentina və Çilinin bir çox şəhərlərində hiss olunub.

Çili Donanmasının Hidroqrafiya və Okeanoqrafiya Xidməti (SHOA) zəlzələdən sonra sunami xəbərdarlığı verdiyini bildirib.

SHOA sahil bölgələrinin, qayalı sahillərin, bataqlıq ərazilərin, körfəzlərin, çay mənsəblərinin, sahil zolaqlarının, piyada yollarının, marinaların, sahil yollarının, balıqçı limanlarının, limanların və körpülərin boşaldılması barədə göstəriş verib.

Seçilən
32
cebheinfo.az

1Mənbələr