AZ

Tramp Putinə barmaq silkələdi: 2 həftəyə bitirməsə, taktika dəyişəcək

ain.az, Olke.az saytına istinadən bildirir.

Ukraynadakı müharibəsinin həllində irəliləyişin olub-olmaması yaxın iki həftə ərzində bəlli olacaq. 

Ölkə.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Todd Starnes Show” radio proqramında deyib. 

“Deyərdim ki, iki həftədən sonra bu və ya digər şəkildə biləcəyik”, - Tramp bildirib. 

Tramp əlavə edib ki, Putin həmin müddətdən sonra müharibəni dayandırmasa, Vaşinqton taktikanı dəyişməli olacaq.

Avqustun 18-də Zelenski ilə görüşünə də münasibət bildirən Tramp deyib ki, çox yaxşı görünürdü və mübarizədə qətiyyət nümayiş etdirir. "O, var gücü ilə vuruşur. Bu, çətin müharibədir", - ABŞ prezidenti qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
olke.az

3Mənbələr