AZ

Paşinyan Levon Ter-Petrosyanı sərt tənqid edib - “Qaçmağa yer tapa bilmirsən”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin birinci Prezidenti Levon Ter-Petrosyanı sərt tənqid edib.

Missiya.Az xəbər verir ki, bu barədə o özünün “Facebook” sosial media hesabında paylaşım edib.

“Hörmətli Levon Ter-Petrosyan: 1996-cı ildə seçkilərin nəticələri ilə üzləşməkdən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə müxalifətdən qaçdınız, başa düşürəm indi də qaçmaq istəyirsiniz, amma qaçmağa yer tapa bilmirsiniz”, - deyə siyasətçi vurğulayıb.

Paşinyan qeyd edib ki, sadəcə sakitləşin və Ermənistan Respublikasında qurulan dinc həyatdan həzz alın. Hər kəsə xoş gün arzulayıram.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr