Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin birinci Prezidenti Levon Ter-Petrosyanı sərt tənqid edib.
Missiya.Az xəbər verir ki, bu barədə o özünün “Facebook” sosial media hesabında paylaşım edib.
“Hörmətli Levon Ter-Petrosyan: 1996-cı ildə seçkilərin nəticələri ilə üzləşməkdən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə müxalifətdən qaçdınız, başa düşürəm indi də qaçmaq istəyirsiniz, amma qaçmağa yer tapa bilmirsiniz”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan qeyd edib ki, sadəcə sakitləşin və Ermənistan Respublikasında qurulan dinc həyatdan həzz alın. Hər kəsə xoş gün arzulayıram.
Daşqın HəsənovMissiya.Az