AZ

"ADY" və "AZAL"ın Müşahidə Şuraları yenidən formalaşdırılıb

AzVision.az xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayev, onun müavini Vüqar Mirzəzadə, eləcə də "AZCON Holding"in baş maliyyə inzibatçısı Taylan Tekeli Şuranın üzvləri təyin olunub.

İndiyə qədər Şuranın üzvləri Azərbaycanm İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəis müavini Cəfər Babayev idi.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) də Müşahidə Şurasında dəyişiklik edilib. Belə ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZAL-ın Müşahidə Şurasının tərkibini aşağıdakı kimi təsdiq edib:

Müşahidə Şurasının sədri:

rəqəmsal inkişaf və nəqliyyat Naziri - Rəşad Nəbi oğlu Nəbiyev

Müşahidə Şurasının üzvləri:

AZCON Holding-in icraçı direktoru – Şahin Tofiq oğlu Babayev

AZCON Holding-in icraçı direktorunun müavini – Vüqar Yaşar oğlu Mirzəzadə

AZCON Holding-in Baş Maliyyə İnzibatçısı – Taylan Soysal oğlu Tekeli.

AzVision.az
Seçilən
61
12
azvision.az

10Mənbələr