AZ

Türkiyə Prokurorluğu olaraq Azərbaycanla bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk - Ahmet Gökay Aktaş

Laçın.Trend:

Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinəböyük əhəmiyyət veririk.

Trend xəbərverir ki, bunu Laçında Baş Prokurorluq tərəfindən beynəlxalqkonfransda Türkiyə Respublikasının Ali Məhkəməsinin BaşProkurorluğunun prokurorları Ahmet Gökay Aktaş deyib.

Onun sözlərinə görə, qanunun aliliyi, əsas hüquq və azadlıqlarıntəminatı, hakimiyyət bölgüsü kimi prinsiplər müasirkonstitusiyaların əsasını təşkil edir.

“Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyimünasibətilə sizi ən xoş arzularımla təbrik edirəm. Azərbaycanxalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin institusionaltəminatı olan Konstitusiyanın 30 illik yubileyi təkcə Azərbaycanüçün deyil, dost və qardaş ölkələr kimi bizim üçün də mənalı vəqürurverici bir hadisədir.

Türkiyə Cümhuriyyəti Prokurorluğu olaraq dost ölkələrin,xüsusilə Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübəmübadiləsinə böyük əhəmiyyət veririk. Ortaq hüquq mədəniyyətimiz,oxşar konstitusiya yanaşmalarımız, qarşılıqlı etimad buəməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır”.

Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının BaşProkurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqilAzərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalqkonfrans keçirilir. Baş prokuror Kamran Əliyev, MDB-yə üzvdövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçıkatibi Yuri Nikolayeviç Jdanov və ounun müavini AbduraxmonXotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin BaşProkurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar,eləcə də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıqidarəsinin prokuroru Temur Tsindeliani və digər qonaqlar iştirakedirlər

Seçilən
11
6
az.trend.az

10Mənbələr