AZ

Rusiya Vaşinqton bəyannaməsinə görə Paşinyana xəbərdarlıq edib

Bir gün əvvəl Ermənistana gələn Rusiya baş nazirinin müavini Aleksey Overçukun baş nazir Nikol Paşinyanla xoşagəlməz söhbəti olub.

Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbəyə istinadən yazır. 

Mənbənin sözlərinə görə, Rusiya Vaşinqton bəyannaməsinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərinə, xüsusən də vahid gömrük nəzarəti qaydalarına zidd ola biləcəyindən narahatdır. Bununla bağlı Rusiya tərəfi Paşinyana xəbərdarlıq edib ki, “Ermənistanın gömrük orqanlarının gömrük nəzarətini həyata keçirməyəcəyi üzə çıxsa, İrəvanda problemlər yaranacaq”.

Məqalədə deyilir: “Paşinyan seçim qarşısındadır: ya Ermənistanı Aİİ-dən çıxaracaq, ya da sanksiyalara məruz qalacaq, sonra isə təşkilatdan kənarlaşdırılacaq”.

Ölkə.Az

Seçilən
9
2
olke.az

3Mənbələr