AZ

Ləğv olunmuş bu şirkətin səhmləri dövriyyədən çıxarılır

BAKI, 22 avqust. TELEQRAF

Ləğv prossesində olan "Baku Food Center" QSC-nin səhmləri dövriyyədən çıxarılır.

Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bildirilib ki, qərar 20 iyul 2025-ci il tarixli, 07/25 nömrəli protokola əsasən qəbul edilib.

Şirkətin hazırkı qanuni təmsilçisi İsgəndərzadə Fəxrəddin Faiq oğludur. Bundan əvvəlki qanuni təmsilçisi isə eyni zamanda “Green Food Group” QSC-nin sahibi olan Zahid Həsənov Zakir oğlu olub. Nizamnamə kapitalı isə 2 000 manatdır.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində QSC-nin vergi ödəyicisi kimi iki dəfə adını dəyişdiyi göstərilir. İlk adı "Təbriz" Kiçik Müəssisəsi, 2021-ci ildən isə "Baku Food Center" QSC adlandırılıb. QSC 2020-2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən 6 hal üzrə ümumilikdə 240 manat maliyyə sanksiyası da alıb.

Xatırladaq ki, "Baku Food Center" QSC 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Bu ilin iyun ayında isə şirkətin ləğv olunması haqqında qərar qəbul edilib.

Onu da bildirək ki, "Baku Food Center" QSC-nin 2022 və 2023 cü illərdə aktivlərində də azalma müşahidə olunub. Belə ki, şirkətin aktivləri 2022-ci ildə 18,8 faiz, bir il sonra isə 21,8% azalıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr