AZ

Kəlbəcərdə 807 ailə üçün yeni yaşayış kompleksi tikiləcək

Kəlbəcər şəhərində inşa olunan 4-cü yaşayış kompleksində 26 binanın inşası planlaşdırılır.

Aktual.az xəbər verir ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq.

Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Kompleksdə 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə, həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.

Seçilən
47
22
ulusum.az

10Mənbələr