Tovuzda piyadanın ölümü ilə vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada 1968-ci il təvəllüdlü Məhərrəm Abbasovu vurub.
M. Abbasov xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.