AZ

Tovuzda piyadanı avtomobil vuraraq öldürdü

Tovuzda piyadanın ölümü ilə vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada 1968-ci il təvəllüdlü Məhərrəm Abbasovu vurub.

M. Abbasov xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
3
heftelik.az

10Mənbələr