Hurriyyet.az xəbər verir ki, Kolumbiyada Kali şəhərində yerləşən hərbi hava bazasının yaxınlığında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.
Şəhərin meri Aleksandro Ederin sakinlərə müraciətində deyilir: "Kali yenidən narkoterrorçuların hücumunun qurbanına çevrilib. Bir neçə dəqiqə bundan əvvəl Hərbi Hava Qüvvələrinin bazasının yaxınlığında yük maşını partlayıb".
Eder terror aktını törədənlərin tapilması üçün məlumat verəcək şəxslərə mükafat vəd edib.
Hürr Tərcüman