AZ

Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Tofiq Cəfərli vəzifəsindən azad edilib.

Bu barədə "APA-Economics"in əldə etdiyi məlumatı ETX-dan da təsdiqləyiblər.

Qurumdan bildirilib ki, hələlik T.Cəfərlinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, ötən günlərdə ETX-nin rəisi Samir Rəsulov da vəzifəsindən azad edilib və onun yerinə Fərid Zeynalov qurumun rəhbəri təyin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
16
apa.az

10Mənbələr