Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Cebheinfo.az" -a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.
"Cebheinfo.az"