AZ

Ərəblərdən "Qalatasaray"a rekord təklif -

Səudiyyə Ərəbistanının NEOM klubu Barış Alper Yılmazı transfer etmək üçün fəaliyyətini davam etdirir. Metbuat.az xəbər verir ki, klub futbolçu üçün "Qalatasaray"a yeni təklif irəli sürüb. Məlumata görə, NEOM klubu təklifini artırıb. Ərəblərin yeni təklifinin 30 milyon avro + 5 milyon avro olduğu irəli sürülün. Məlumata görə, Səudiyyə klubu Barış Alperə rekord müqavilə təklif edib. İddialara görə, "Qalatasaray" təklifi qəbul etməyəcək.

Qeyd edək ki, bundan əvvəl İngiltərə klublarının Barış Alper Yılmazın xidmətində maraqlı olduğu və “Qalatasaray"ın futbolçunu 40 milyon avroya göndərməyə razı ola biləcəyi barədə xəbərlər dərc edilmişdi.

Seçilən
50
1
metbuat.az

10Mənbələr