AZ

Kəlbəcərdə 11 hektar sahədə yeni şəhər parkı inşa olunacaq

KƏLBƏCƏR, 2 avqust. TELEQRAF

Kəlbəcərdə təməli qoyulan şəhər parkı 11 hektar ərazini əhatə edəcək.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, Kəlbəcər şəhərinin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq.

Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq.

Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur. Parkda həm şəhər sakinlərinin, həm də qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin olunacaq

Seçilən
44
27
teleqraf.com

10Mənbələr