AZ

BDYPİ piyadaları yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyə çağırıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 avqust, AZƏRTAC

Yol hərəkəti qaydalarına laqeyd yanaşmanın nəticəsi növbəti dəfə faciə ilə yekunlaşıb. Müəyyən olunmamış yerdən yolu keçməyə cəhd edən piyada və düzgün ara məsafəsi saxlamayan sürücünün məsuliyyətsiz davranışı insan həyatının itirilməsi ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı piyadalara çağırış edib.

Bildirilib ki, hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, qaydalara riayət etməklə yalnız özünün deyil, eyni zamanda, digər insanların da təhlükəsizliyini qorumuş olur. Piyadaların yolu yalnız müəyyən olunmuş yerlərdən – piyada zolaqlarından, yeraltı və yerüstü keçidlərdən keçməsi, sürücülərin isə yol şəraitinə uyğun sürət seçməsi və ara məsafəsini saxlaması qanunun tələbidir. Bu tələblərə əməl edilməməsi isə ağır nəticələrə gətirib çıxarır.

BDYPİ bir daha xatırladır ki, piyadaların yolun istənilən hissəsindən keçməsi həyat üçün ciddi təhlükə yaradır. Keçidə daxil olmazdan əvvəl mütləq şəkildə yol vəziyyətini dəyərləndirmək, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və dayana bilmə imkanlarını nəzərə almaq lazımdır. Yolu qəfil və ya gözlənilmədən keçməyə çalışmaq həm piyada, həm də sürücülər üçün böyük risk yaradır. “Yolu keçərkən diqqətinizi tamamilə hərəkətə yönəldin. Mobil telefondan, qulaqcıqlardan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməyin. Hətta piyada keçidindən istifadə etdiyiniz halda belə, yalnız sürücünün sizi gördüyünə və dayana biləcəyinə əmin olduqdan sonra yolu keçin. Unutmayın, təhlükəsizlik yalnız sürücülərdən deyil, həm də piyadaların diqqətindən və məsuliyyətindən asılıdır. Qaydalara əməl etməklə siz həm özünüzü, həm də ətrafınızdakı insanların həyatını qoruyursunuz”, - deyə çağırışda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
6
azertag.az

10Mənbələr