AZ

Paytaxt məktəblərində bir sıra vəzifələrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır

Bakı, 22 avqust, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsahibə mərhələsi avqustun 25-dən başlanacaq.

Qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.

Seçilən
15
16
azertag.az

10Mənbələr