AZ

Kəlbəcər şəhər parkı 11 hektar ərazini əhatə edəcək

Kəlbəcərdə təməli qoyulan şəhər parkı 11 hektar ərazini əhatə edəcək.

“Report”un Qərb bürosunun xəbərinə görə, bu barədə Prezidentin izi ilə Kəlbəcər şəhər parkının salınacağı əraziyə təşkil olunan mediaturda məlumat verilib.

Bildirilib ki, Kəlbəcər şəhərinin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq.

Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq.

Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur. Parkda həm şəhər sakinlərinin, həm də qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin olunacaq

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhər parkının təməlini qoyub.

Seçilən
47
26
report.az

10Mənbələr