AZ

Məşhur müğənni səhnədə yıxıldı - ANBAAN VİDEO

Rusiyanın Xalq artisti, müğənni Filipp Kirkorov “Yeni Dalğa” müsabiqəsində çıxışı zamanı pilləkəndən yıxılıb. 

News24.az xəbər verir ki, hadisənin kadrlarını "MUZ-TV"-də yayımlayıb.

Çıxışın planına görə, işçilər ona tərəf bənövşəyi dekorativ pilləkənləri yaxınlaşdırmalı və Kirkorov həmin pillələrlə qalxmalı idi. 

Lakin müğənni sürüşərək yıxılıb. Sənətçi rəqqasların köməyi ilə ayağa qalxıb. Kirkorov isə özünü itirməyib və bütün bu vaxt ərzində mahnını oxumağa davam edib.


Seçilən
37
1
news24.az

2Mənbələr