AZ

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.
 
Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
 
Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.
 
Seçilən
11
38
moderator.az

10Mənbələr