AZ

Traxtur azarkeşlərinə yenidən qadağa qoyuldu

Traxtur

İran Futbol Federasiyası Azərbaycanın “Traxtur” azarkeşlərinə yenidən qadağa qoyub.

Gunaz.tv

Futbol Federasiyasının nizam-intizam komitəsi çərşənbə günü axşam Superkubok uğrunda gərgin "Traxtur" - "İstiqlal" oyunu ilə bağlı qərarını açıqlayıb. Bu qərara əsasən, Traxtur Klubu oyunların birində kişi tamaşaçıların iştirakına qadağa qoyulub.

Həmçinin, Draqan Skoçiç oyunöncəsi mətbuat konfransında iştirak etmədiyi üçün Traxtur klubu 110 milyon tümən cərimələnib.

Qeyd edək ki, “Traxtur” azarkeşləri bu ayrı-seçkiliyə etiraz olaraq dəfələrlə “İran Federasiyası Azərbaycanın düşməni” şüarını səsləndiriblər.

Seçilən
1
1
xalqcebhesi.az

2Mənbələr