Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
Nigerdə Boko Haramın lideri öldürülüb
Niger Ordusu "Boko Haram"ın lideri İbrahim Mahamadunun öldürüldüyünü açıqlayıb.
Bakupost.az. -ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Niger Ordusunun əməliyyat icmalında deyilir.
Qeyd edilir ki, Nigerin Silahlı Qüvvələri Şilava adasında, Diffa regionunda nümunəvi dəqiqliklə aparılan əməliyyat zamanı əsl adı İbrahim Mahamadu olan "Boko Haram" qruplaşmasının liderini zərərsizləşdirib.
Bəyanatda deyilir ki, əməliyyat avqustun 15-də səhər tezdən keçirilib. Hərbi Hava Qüvvələrinə məxsus qırıcı silahlı liderin Çad gölündəki Şilava adasındakı sığınacağına üç hədəfli zərbə endirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.