AZ

Türkiyə terror bəlası ilə mübarizə aparır Qurtulmuş

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bir əsr əvvəl içində olduğumuz şərtlər necə çətin və ağır nəticələr ortaya çıxarırdısa inanın ki, bu gün yaşadığımız dövrün şərtləri ilə demək olar ki, eynidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.

“Yaşadığımız region dünyanın ən önəmli bölgələrindən biridir. Bu, bizim ‘Anadolu qitəsi’ dediyimiz məkan tarix boyu hər kəsin gözünü dikdiyi ən mühüm mərkəzlərdən biri olmuşdur. İndi isə ölkəmizin yerləşdiyi bu coğrafiya yenidən od-alov halına çevrilib.

Biz isə burada dimdik dayanmaq məcburiyyətindəyik. Azadlığımız imperializmə heç bir şəkildə yol verməməkdən, birlikdən, bərabərlikdən, vəhdətdən, hamımızın eyni məqsədə doğru yürüməsindən və bütün bunlarla yanaşı, milli suverenlikdən başqa heç bir hökmranlığa boyun əyməməkdən keçir.

Türkiyə bir daha terror bəlası ilə mübarizə aparır. Kənar qüvvələr bu ölkənin övladlarına qarşı gizli planlar içində olmayacaq, ola bilməyəcək. Bunun üçün biz var gücümüzlə çalışırıq”, - deyə Qurtulmuş qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
axar.az

1Mənbələr