AZ

Şakiradan fırıldaqçılıq: Himndən əldə olunan pullar mənimsənilib?

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış müğənni Şakira böyük qalmaqala səbəb olub.

"Ölkə.az" xəbər verir ki, səbəb isə 2010-cu il Cənubi Afrikada keçirilən dünya çempionatının rəsmi himni olan “Waka Waka” hitidir.

“Josimar” nəşrinin məlumatına görə, bütün dünyada məşhur olan və Şakiraya milyardlarla baxış və mükafat gətirən mahnı, göründüyü qədər ideal olmayıb.

İlkin mərhələdə FİFA və müğənni özü iddia edirdilər ki, “Waka Waka”dan əldə olunan bütün gəlirlər Afrikadakı təhsil və futbol mərkəzlərinin yaradılmasına sərf olunacaq. Həqiqətən, ilk dörd il ərzində belə layihələr açılıb, lakin 2014-cü ildən sonra maliyyələşdirmə qəfil dayandırılıb və pullar izah edilmədən yoxa çıxıb.

Daha bir qalmaqal müəlliflik hüququ ilə bağlı olub. Məşhur “Zamina mina, eh eh eh” refrenini Şakira Kamerun qrupunun “Zangalewa” (1986) mahnısından istifadə edib. Media tənqidindən sonra isə orijinal müəlliflər kompensasiya alıblar.

Afrikalı “Freshlyground” qrupu da mahnının yaradılmasında kömək etmişdi, lakin onların qazancı Şakiraya mahnının satışı, striminqləri və konsertlərindən gələn milyonlarla gəlirlə müqayisədə çox az olub.

Hazırda “Waka Waka”dan əldə olunan gəlir təxminən 9 milyon dollardır, lakin Afrikadakı layihələrin böyük hissəsi hələ də dəstək almadan qalıb.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
3
olke.az

4Mənbələr