AZ

Quterreş: Afrika “bərpaolunan super ölkəyə” çevrilə bilər

Bakı, 22 avqust, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş Yaponiyada keçirilən üç günlük inkişaf konfransında bildirib ki, Afrika “bərpaolunan super ölkəyə” çevrilmək üçün bütün ilkin şərtlərə malikdir.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, BMT-nin Baş katibinin sözlərinə görə, qitə günəş və külək enerjisi sahəsində zəngin potensiala, həmçinin yeni texnologiyaların inkişafı üçün zəruri olan əsas mineral ehtiyatlara malikdir. Quterreş yaşıl enerjiyə sərmayə qoyuluşunun artırılmasının zəruriliyini vurğulayaraq qeyd edib ki, Afrikanın təbii sərvətləri onun xalqına fayda gətirməlidir.

O qeyd edib ki, yaşıl enerji elektrik enerjisinin maya dəyərini azaltmaq, tədarük zəncirlərini şaxələndirmək və karbonsuzlaşdırılmanı sürətləndirməyə imkan verir. Quterreşin sözlərinə görə, “biz bütün qitədə inkişaf edən bərpaolunan enerji və istehsal bazası yaratmaq üçün maliyyə və texnologiyaları səfərbər etməliyik”.

Seçilən
19
3
azertag.az

4Mənbələr