AZ

Dünyanın ən yaşlı insanının 116 yaşı tamam oldu

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Dünyanın ən yaşlı insanı hesab edilən britaniyalı Etel Katerhemin 116 yaşı tamam olub.

“Qafqazinfo” bu barədə “ABC News”a istinadən xəbər verir.

O, doğum gününü ailəsi ilə birgə qeyd edib.

Məlumata görə, London yaxınlığındakı Surrey qraflığında qocalar evində yaşayan Katerhem hazırda mətbuata danışmaqdan imtina edir. 

Qeyd edək ki, Etel Katerhem 21 avqust 1909-cu ildə Hempşir qraflığında anadan olub. Dünyanın ən yaşlı insanı titulunu o, aprelin 30-da 116 yaş 326 günlük yaşında vəfat edən braziliyalı rahibə İna Kanabarro Lukasdan miras alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
3
qafqazinfo.az

4Mənbələr