BAKI, 22 avqust. TELEQRAF
Rusiyanın “Medina” nəşriyyatı vəMüsəlmanların Ruhani İdarəsi (MRİ)Moskva Şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiya MRİsədrinin birinci müavini Damir Muxetdinov bildirib.
Qeyd edək ki, sözügedən məhkəmə“Şimali Qafqazda İslam: Ensiklopedik lüğət” çap nəşrinin ekstremist material kimi tanınması barədə qərar çıxarıb.
“Şimali Qafqaz vəhhabiləri” məqaləsinə qarşı da iddia irəli sürülüb.
Eyni zamanda “Medina” nəşriyyatının və “Rusiya Federasiyasında İslam” lüğət seriyasının baş redaktoru olan D.Muxetdinov bildirib: "Biz “Şimali Qafqazda İslam” ensiklopedik lüğəti ilə bağlı məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət vermək, müəllif və redaktorlar kollektivinin peşəkar nüfuzunu, şərəf və ləyaqətini qorumaq üçün bütün mövcud imkanlardan istifadə etmək niyyətindəyik”.