BAKI, 22 avqust. TELEQRAF
"Ölkənin alyansa qəbul edilmədən NATO-nun 5-ci maddəsinin Ukraynaya tətbiq edilməsi onun təhlükəsizliyiüçün kifayət etməyəcək".
Teleqraf xəbər verir ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın müşaviriMixail Podolyak "La Repubblica"-ya müsahibəsində belə deyib.
O, Rusiyanı 2000 kilometrə qədər məsafədə vura biləcək orta və uzaq mənzilli raketlərdən də danışıb.
M.Podolyak həmçinin Ukrayna Silahlı Qüvvələri üçün daha çox “təchizat və maliyyə dəstəyi zəmanəti” tələb edib və Kiyevin heç bir ərazi güzəştinə getməyəcəyini təkrarlayıb.