AZ

Britaniya Xameneinin müşavirinin oğluna qarşı sanksiya tətbiq etdi

Böyük Britaniya Xarici İşlər Nazirliyi Tehranın Birləşmiş Krallıq, Ukrayna və İsrailə qarşı "sabitliyi pozan fəaliyyəti"nin qarşısını almaqdan ötrü İrana qarşı yeni sanksiyalar paketi elan edib.

Bakıvaxtı.az xəbər verir ki, sanksiya siyahısına dörd şirkət - "Milavous Group", "Ocean Leonid Investments", "Admiral Shipping Group" və "Petrochemical Commercial Company" daxildir.

Bundan əlavə, Britaniya kəşfiyyatının məlumatına görə, siyahıda ilk iki şirkətə nəzarət edən İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxaninin oğlu Hüseyn Şamxaniyə də məhdudiyyətlər qoyulub.

Sanksiyalar çərçivəsində bu şirkətlərin Böyük Britaniyadakı bütün aktivləri dərhal dondurulur və Britaniya vətəndaşlarına və təşkilatlarına onlarla hər hansı biznes fəaliyyəti həyata keçirməyə qadağa qoyulur.

Aktivlərin dondurulması ilə yanaşı, Hüseyn Şamxaninin Böyük Britaniyaya girişi də qadağan edilib.

Seçilən
9
1
bakivaxti.az

10Mənbələr