AZ

Prezident İlham Əliyev: Azərbaycan yeni döyüş təyyarələri üzrə kontraktlar bağlayıb

Bakı. Trend:

Azərbaycan yeni döyüş təyyarələri üzrə kontraktlar bağlayıb vəmövcud olan təyyarələr tam müasirləşdirilib.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham ƏliyevKəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

"Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir dahaxalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini bizonlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdansilinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbicinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olanvətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxtyaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həmmüharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu günErmənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesininiştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Bizsülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdansilinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıqolmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gündövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkünolan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbigücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzərdənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı iləəlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, -xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yenikomando qüvvələri yaradılıb.

Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriyasistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrəkontraktlar bağlanıb və mövcud olan təyyarələr tammüasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünkidünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nəolacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət,xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlınaAzərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə,yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq vəmüzəffər, qalib dövlət kimi yaşayacağıq”, - deyə dövlətimizinbaşçısı vurğulayıb.

Seçilən
61
9
az.trend.az

10Mənbələr