Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay rayonunun Alxasava-Dövranlı yolunda qeydə alınıb. Rayon sakini Rəsul Cavadovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq Şirvan su kanalına düşüb.
Nəticədə, avtomobildə olan azyaşlı, 2021-ci il təvəllüdlü F.Cavadzadə suya düşərək boğulma riski yaranıb.
O, xəstəxanaya yerləşdirilib.