AZ

Qadın futbolu tarixində ən bahalı transfer reallaşdı

Meksikalı futbolçu Lizbet Ovalye yerli "Tiqres" klubundan ABŞ-nin “Orlando Prayd” komandasına keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, transferin dəyəri 1,5 milyon dollar təşkil edib. Bu, qadın futbolu tarixində ən bahalı transfer olub. Bundan əvvəlki rekord iyul ayında kanadalı Oliviya Smitin “Liverpul”dan “Arsenal”a 1,3 milyon dollar məbləğində keçidi zamanı qeydə alınmışdı.

Seçilən
41
3
bakivaxti.az

4Mənbələr