Milli təhlükəsizlik müşavirləri dünən və bu gün Ukrayna üçün təminat layihəsi üzərində işləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib.
O bildirib: "Milli təhlükəsizlik müşavirləri işləyirlər - dünən onlar arasında söhbət olub, bu gün də çoxlu ünsiyyət var. Hərbçilər - Ali Baş Komandan, Baş Qərargah - Ukraynanın təhlükəsizlik zəmanətlərinin hərbi komponenti üzərində işləyirlər. İndi hər gün Ukraynanın gələcək təhlükəsizlik arxitekturasına konturlar əlavə olunur. Buraya silahlar, maliyyələşdirmə, quru qüvvələri, tərəfdaşlarımızla münasibət, hava və dəniz qüvvələri daxildir".