AZ

Tovuzda avtomobilin vurduğu piyada öldü YENİLƏNİB

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuzda avtomobilin vurduğu piyada ölüb.

"Unikal"ın məlumatına görə, xəstəxanaya yerləşdirilən piyadanı həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

XXX

22:55

Tovuzda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Piyadanın kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
unikal.az

10Mənbələr